- Köhnə - Mədəniyyət
- 15 Mart 2018 15:23
- 6 990
Məşhur rejissor xəstəxanalıq oldu
Rusiyanın məşhur rejissoru Nikita Mixalkov Nijni-Novqorodda xəstəxanaya yerləşdirilib.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rejissorun ayağı sürüşüb və o yerə yıxılıb.
Dərhal xəstəxanaya aparılan Mixalkovu həkimlər müayinə ediblər və rejissorda ciddi bir xəsarətin olmadığını bildiriblər. Beləliklə, rejissor planlaşdırdığı bütün toplantılara qatılacaq.