Əməkdar artist Zöhrə Abdullayevanın oğlunun ölümündən 40 gün keçir. Əməkdar artist Zöhrə Abdullayevanın oğlunun ölümündən 40 gün keçir.

Zöhrə Abdullayeva: “Mənim üçün həyat bitdi...”

Əməkdar artist Zöhrə Abdullayevanın oğlunun ölümündən 40 gün keçir.

AzNews.az xəbər verir ki, bu barədə tanınmış teleaparıcı İradə İsaq sosial şəbəkədə yazıb. Zöhrə Abdullayevaya başsağlığı vermək üçün mərasimə gedən aparıcı onu tanımayıb:

“40 mərasiminə getmişdik. Zöhrə xanımı tanımadım. Bir aya 10 kq itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbir versin. Ürəyim parça-parça oldu. Tək övladını itirib. Necə sızlamasın? “Mənim üçün həyat bitdi” deyir. Ovutmaq mümkün deyil. Nə deyim, bilmədim…”.

Qeyd edək ki, Zöhrə Abdullayevanın oğlu mayın 24-də beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az