Nizami Kino Mərkəzində Türkiyə kinematoqrafçılarının istehsal etdiyi “Gəlməyən Bahar” filminin premyerası keçirilib Nizami Kino Mərkəzində Türkiyə kinematoqrafçılarının istehsal etdiyi “Gəlməyən Bahar” filminin premyerası keçirilib

“Gəlməyən Bahar” filminin premyerası keçirilib

Nizami Kino Mərkəzində Türkiyə kinematoqrafçılarının istehsal etdiyi “Gəlməyən Bahar” filminin premyerası keçirilib




APA-nın məlumatına görə, adət-ənənələr və bəzən onların törətdiyi cinayətlər, qadına qarşı şiddətdən bəhs edən film imkansız bir sevginin qurbanı olan insanların həyatını canlandırır.

Filmin rejissoru və ssenari müəllifi, Türkiyənin tanınmış müğənnisi Əmrah və baş rol ifaçılarından olan Turgay Tanülkü premyerada sevincli olduqlarını gizlətməyiblər. Əmrah Bakının onun üçün doğma olduğunu bildirib: "Azərbaycanlı tamaşaçılar qarşısında həyəcanlanmıram. Buradakı abı-hava mənə çox doğmadır. Burada çox sevildiyimi hər zaman bilmişəm və bu istəyi qəlbimdə daşıyıram, sizin sevginizi bilmək məni xoşbəxt edir. Hər kəs məni müğənni və aktyor kimi tanıyıb. İndi isə sevənlərimin qarşısına rejissor kimi çıxdım. Güman edirəm ki, sizin inamınızı yanıltmamışam".

Qeyd edək ki, anşlaqla keçən "Gəlməyən Bahar"ın artıq Nizami Kino Mərkəzində nümayişinə başlanılıb.

AzNews.az