Güney Azərbaycanda iki peyğəmbərin məzarı var. Bu məlumatı Güney Azərbaycanın şərq bölgəsinin Dini İdarəsinin rəisi Seyid Şəbahəddin Hüseyni verib. Güney Azərbaycanda iki peyğəmbərin məzarı var. Bu məlumatı Güney Azərbaycanın şərq bölgəsinin Dini İdarəsinin rəisi Seyid Şəbahəddin Hüseyni verib.

Azərbaycanda 2 peyğəmbərin məzarı var

Güney Azərbaycanda iki peyğəmbərin məzarı var. Bu məlumatı Güney Azərbaycanın şərq bölgəsinin Dini İdarəsinin rəisi Seyid Şəbahəddin Hüseyni verib.

Güney Azərbaycan mətbuatının yazdığına görə, Hüseyni bölgədə azı 2 peyğəmbərin qəbrinin olduğunu, ancaq önəm verilmədiyindən həmin məzarların tanınması üçün abidlərin ucaldılmadığını bildirib.

Onun sözlərinə görə, Cərcis peyğəmbərin məzarı Culfa şəhərinin Dərəşam kəndində yerləşir. Ərmiya peyğəmbərin məzarı isə Heris şəhərinin Cığa kəndindədir.


Elnarə Əlosmanqızı
AzNews.az