Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) oktyabrın 28-də Mayaminin “Knight” konsert zalında (“Knight concert hall”) birgə konsert proqramı ilə çıxış edəcəklər. Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) oktyabrın 28-də Mayaminin “Knight” konsert zalında (“Knight concert hall”) birgə konsert proqramı ilə çıxış edəcəklər.

Xalq artisti Mayami səhnəsində

Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) oktyabrın 28-də Mayaminin “Knight” konsert zalında (“Knight concert hall”) birgə konsert proqramı ilə çıxış edəcəklər.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, musiqiçilərin ifasında C.Verdi, A.Boyto, A.Katalani, C.Puççini, P.Maskanyi, F.Çilea və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan səhnə obrazları yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Musiqi karyerasına İtaliyada başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Azərbaycanlı musiqiçinin adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

AzNews.az