- Köhnə - Mədəniyyət
- 9 Aprel 2013 14:17
- 2 607
“Mənim sevimli dəlim“ pyesinin premyerası- Londonda
Bu gün Böyük Britaniyanın paytaxtı Londonun "Tristan Bates Theatre" teatrında xalq yazıçısı Elçinin "Mənim sevimli dəlim" pyesi əsasında eyniadlı tamaşanın premyerası keçiriləcək.
Bu barədə APA-ya Londonda yerləşən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin direktoru Sultan Əliyev məlumat verib.
Onun sözlərinə görə, tamaşa aprelin 9-dan 13-dək Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin tərkibində fəaliyyət göstərən ALOFF teatrının dəstəyi ilə təqdim ediləcək. Pyes ingilis dilinə S.Əliyevin özü tərəfindən tərcümə edilib. Tamaşanın rejissoru və aktyor heyəti ingilislərdən ibarətdir.
Bu, adıçəkilən qurum tərəfindən Londonda səhnəyə qoyulan 3-cü tamaşadır. Bundan əvvəl cəmiyyət M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" və Elçinin "Şekspir" tamaşalarını ingilis dilində səhnələşdirib.
AzNews.az