"Eurovision 2013" mahnı müsabiqəsinin dünən baş tutan II yarımfinalında lesbi təbliğatı olub "Eurovision 2013" mahnı müsabiqəsinin dünən baş tutan II yarımfinalında lesbi təbliğatı olub

Türkiyə bu öpüşə görə yayımı dayandırdı- Video

"Eurovision 2013" mahnı müsabiqəsinin dünən baş tutan II yarımfinalında lesbi təbliğatı olub



"Eurovision 2013" mahnı müsabiqəsinin dünən baş tutan II yarımfinalında lesbi təbliğatı olub. ANS PRESS-in məlumatına görə, Finlandiya təmsilçisi Krista Sieqfrids çıxışının sonunda rəqqasə qızlardan biri ilə dodaq-dodağa öpüşüb.

Hətta Türkiyə efirdə yolverilməz görüntülərin yer alması səbəbindən ikinci yarımfinalın yayımını yarımçıq dayandırıb.

Krista Sieqfridsin təqdim etdiyi "Marry Me" (Evlən mənimlə) adlı mahnısında oğlanın ona evlənmə təklifi etməsi üçün hər şey edə biləcək bir qadının hisslərindən danışılır. Amma iki qadının öpüşməsi ilə mahnının məramının dəyişilir.

27 yaşlı müğənni final mərhələsinə keçərsə eynicinsli nikahları dəstəkləmək məqsədilə səhnədə bir qadın vokalçı ilə dodaq-dodağa öpüşməkdən savayı daha nələrsə edəcəyini deyib. "Eurovision" Mahnı Müsabiqəsinin qaydalarına görə iştirakçılar səhnədə siyasi mesajlar verə bilməzlər. Ancaq Finlandiya təmsilçisi Krista Siegfrids bu qadağanı keçməkdə qərarlıdır. O, ölkəsində eynicinsli nikahlara icazə verilməməsini "Eurovision"da protest etmək qərarındadır.

Müğənni, "Bu hərəkətim homofobik (eynicinslərə qarşı nifrət) insanları əsəbləşdirə bilər. Amma final performansımda daha bir sürpriz planlayıram. Yarışma canlı olduğundan kimsə məni durdura bilməyəcək", deyib. Kristanın bu addımı ilə İngiltərədəki eynicinsli dərnəklərin səslərini qazanmağı hədəfləyir.

Qeyd edək ki, İsveçin Malmö şəhərindəki "Malmö Arena" konsert zalında beynəlxalq "Eurovision-2013" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Müsabiqənin ikinci yarımfinalında 17 ölkə – Latviya, San-Marino, Makedoniya, Azərbaycan, Finlandiya, Malta, Bolqarıstan, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norveç, Albaniya, Gürcüstan, İsveçrə, Rumıniya təmsilçiləri çıxış ediblər. Finala Macarıstan (ByeAlex), Azərbaycan (Fərid Məmmədov), Gürcüstan (Sofo Qelovani və Nodiko Tatişvili), Rumıniya (Çezar), Norveç (Marqaret Berger), İslandiya (Eytour İnqi Günnlöygsson), Ermənistan ("Dorians"), Finlandiya (Krista Sieqfrids), İsveçrə ("Takasa"), Malta (Canluka Bezzina) və Yunanıstan ("Koza Mostra" və Aqafonas İakovidis) müsiqiçiləri finala vəsiqə qazanıblar.



AzNews.az