- Köhnə - Mədəniyyət
- 1 İyul 2013 08:38
- 3 965
Azərbaycanlı–erməni sevgisindən bəhs edəcək serialla bağlı - Açıqlama

Serialda baş rollarından birinin, erməni qızı rolunun "Möhtəşəm yüz il" serialından Hürrəm sultan rolu ilə tanınan Məryəm Üzerlinin oynayacağı ilə bağlı məsələyə aydınlıq gətirən şirkət aktrisa ilə hansısa serial barədə heç bir müzakirə aparılmadığını açıqlayıb. Eyni zamanda serialda azərbaycanlı gənci oynayacağı bildirilən Kvanc Tatlıtuğ da bu barədə məlumata malik olmadığını vurğulayıb.
Bu arada "Möhtəşəm yüz il"dən ayrılaraq Almaniyaya gedən Məryəm Üzerli Türkiyəyə qayıtmaq üçün bır sıra şərtlər irəli sürüb. Bu şərtlər arasında oynayacağı hər hansı serialda hər bölüm üçün 25 min avro qonorar, həftədə ancaq 4 gün iş və hər sezonda ancaq 20 bölümdə çəkilmək kimi şərtlər var.
Elnarə
AzNews.az