- Köhnə - Mədəniyyət
- 28 Avqust 2013 11:05
- 6 301
Azərbaycanlı aktyorlar Rusiyada seriala çəkilir
Sözügedən serialda baş rollardan birini də xalq artisti Amaliya Pənahova canlandırır.
AzNews.az-ın məlumatın görə, "Yasmin"in rejissoru A.Pənahovanı şəkildə görüb, bundan sonra isə onu həmin seriala dəvət edib.
200 bölümlük seriala Azərbaycandan təkcə A.Pənahova yox, eyni zamanda Bakı Bələdiyyə Teatrının bir qrup aktyor heyəti də dəvət alıb. Onların arasında İlqar Musayev, Səmayə Hüseynova, Zaur, Gülsabah kimi aktyorlar var. Bu aktyorların bəziləri A.Pənahovanın vasitəsi ilə seriala dəvət alsa da, bəziləri sözügedən teatrın aktrisası Firəngiz Babayevanın xətti ilə Moskvaya gedib.
Ən maraqlı məqam isə aktrisa F.Babayevanın "Yasmin"də baş obrazlardan birinə dəvət alıb, sonradan bu roldan imtina etməsidir.
Məlumata görə, serialın senarisi aktrisanın ürəyincə olmayıb. Aktrisa özü də serialdan imtina etdiyini təsdiqləyib: "Bakıdan həmin fllmə dəvət edilən aktyorlara mən vasitəçilik etmişəm. Çünkü o filmdə baş obrazlardan birini mənim tələbə yoldaşım oynayır. Amaliya xanımı isə özləri dəvət edib. Mən isə bu serialdan başqa səbəbə görə imtina etdim. Düzdür, kastinqdən keçdim, amma sonradan imtina etdim. Buna səbəb isə Azərbaycanda başqa bir seriala dəvət almağımdır. Hazırda həmin filmə çəkilirəm. Ona görə də Moskvaya getmədim".
Bahar Rüstəmli
AzNews.az