APA TV-yə yeni baş direktor təyin edildi

"APA-Holdinq" MMC-yə daxil olan APA TV-yə yeni baş direktor təyin edilib.

APA-nın məlumatına görə, bu vəzifəyə Vüqar Məsimoğlu (Hüseynov) təyinat alıb.

V. Məsimoğlu bu gündən vəzifəsinin icrasına başlayıb.

Bundan əvvəl o, APA İnformasiya Agentliyində baş redaktor və "APA-Holding"in birinci vitse-prezidenti vəzifələrində çalışıb.

AzNews.az