Röya Tolikin cavabını verdi

Müğənni Röyanın müsahibəsi prodüser Tarix Əliyevi (Tolik) özündən çıxarıb. O, özünün "İnstagram" səhifəsində Röyanın prodüser məktəbi barəsində dediyi fikirlərə kəskin reaksiya verib: "Hələ bir gör Hüseyn Abdullayev sənə heç salam verir ki, bir mahnısını da oxuyasan. Yaxşı ki, bu 25 ildir oxumur, belə öyrədənsən bir özün də öyrən gör neçə not var? Qarşı tərəf də Toliki cavabsız buraxmadı.

Müğənni Röyanın prodüsseri Kənan Bayramov AzNews.az-a açıqlamasında bildirdi ki, kimin kimə salam verməsi sual altındadır: "Hələ kimin kimə salam verdiyi sual altındadır. Tolik Hüseyn Abdullayevə yaxındır, ona görə də onun tərəfindən danışır. Hamı bilir ki, biz 3 ildir, Hüseyn Abdullayevdən oxumuruq. Ondan sonra heç münasibət də yoxdur. Nə o tərəfdən, nə bu tərəfdən barışığa can atan da yoxdur. Röya bəstəkar-zaddır? Tolikin işi-gücü yoxdur, əlimizdə 10-dan yuxarı mahnı var. Hər dəqiqə söz atır ki, bəlkə Roya ona cavab verər".

Lalə
AzNews.az