Azadə Balayeva “Üz-üzə”də


Bir müddət əvvəl "Space" telekanalında yayımlanan "Qərəzə qarşı" verilişi yeni formatda ekrana qayıdır.

Oktyabrın birinci yarısından həftədə bir dəfə "Üz-üzə" adı ilə yayımlanacaq veriliş tok-şou formatında olacaq.

Tok-şounun əsas məqsədi qara piara qarşı mübarizə aparmaq, internet saytlarında və sosial şəbəkələrdə ayrı-ayrı insanlarla bağlı aparılan şər-böhtan kampaniyası zamanı qara piarın obyekti və subyekti, eyni zamanda ekspertlərin də iştirakı ilə məsələyə aydınlıq gətirmək, hansı tərəfin haqlı olduğunu ortaya çıxarmaqdır.

Verilişdə eyni zamanda cəmiyyətdə ciddi ziddiyyətlərə, fikir ayrılıqlarına səbəb olmuş məsələlərin də müzakirəyə çıxarılması gözlənilir.
Artıq proqramın ilk buraxılışına hazırlıqlar yekunlaşmaq üzrədir. Tok-şou telejurnalist Azadə Balayevanın təqdimatında efirə çıxacaq.

Elnur
AzNews.az