23 milyon izləyicisi olan yazıçı


Bu il Frankfurt kitab yarmarkasının şərəfli qonağı Braziliya, layiqli təmsilçi isə Paulo Koelyo olacaq. Paulo Koelyonun əsərləri 80 dilə tərcümə olunaraq 200 ölkədə 150 milyon nüsxə satılıb.

26 kitab müəllifi olan Koelyo 2002-ci ildən Braziliya Yazıçılar Akademiyasının üzvüdür. Sosial şəbəkədə 23 milyondan çox izləyicisi var.

Eyni zamanda bu ilin daha bir əlamətdar hadisəsi müasir ədəbi klassika hesab olunan "Kimyagər" əsərinin Braziliyada ilk nəsrininin 25 illik yubileyidir.

Bu əsər 271 həftə ərzində "The Nyu York Tayms"ın bestseller siyahısında öncüllüyünü qorumaqda davam edir.

Xatırladaq ki, Paulo Koelyonun kitablarının Azərbaycan dilində yayım haqqı "Qanun" Nəşr Evinə məxsusdur. Onun "Kimyagər", 11 dəqiqə", "Zair", "Rio- Pyedranın sahilində oturdum və ağladım" kitabları dilimizdə nəşr olunub.

Elnur
AzNews.az