Dövlət Musiqili Komediya Teatrının adı dəyişdirildi

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının adı dəyişdirilib.


Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq teatrın adının dəyişdirilməsi barədə qərar verib.

Qərara əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının adı "Azərbaycan Dövlət Musiqili Teatrı" olub. Mədəniyyət və Turizm Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.


AzNews.az