Teatr Bayraq gününü “Vətən” tamaşası ilə qeyd edəcək

Bakı Uşaq Teatrı yeni layihə təqdim edir. Teatr bu dəfə Dövlət Bayraq İdarəsi ilə bir sıra silsilə tədbirlər keçirməyi planlaşdırır.


Bu barədə AzNews.az-a teatrın direktoru İntiqam Soltan məlumat verib. Direktorun sözlərinə görə, kollektiv Bayraq günü münasibətilə "Vətən" tamaşasını nümayiş etdirəcək.

Tamaşa Azərbaycanın dövlət atributlarına - Dövlət Bayrağı və Dövlət Himninə həsr edilib. Tamaşada Azərbaycan Bayrağı və Himninin yaranma tarixi və keçdiyi əzablı yol pantamimo üslubunda əks olunacaq. Tamaşanın rejissoru İntiqam Soltandır.

Bahar
AzNews.az