- Köhnə - Mədəniyyət
 - 8 Noyabr 2013 19:24
 - 3 979
 
Azərbaycan beynəlxalq kinofestivalda iştirak edəcək
            APA-nın məlumatına görə, festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Malatya valiliyi və bələdiyyəsi, "Fırat" inkişaf agentliyi və İnönü Universitetinin dəstəyi ilə "Malatya əriyi" tədqiqat vəqfi tərəfindən təşkil edilib.
Festivalda Azərbaycan beş filmlə - "40-cı qapı", "Çölçü", "Sübhün səfiri", "Buqələmun" və "Bizim küçənin oğlanları" filmləri ilə təmsil olunacaq.
Festival çərçivəsində 137 film nümayiş olunacaq. Müxtəlif nominasiyalar üzrə yer tutan müəlliflərə "Büllur ərik" mükafatı təqdim olunacaq.
AzNews.az