Əhməd Şəfəq Bakıda iki klip çəkdirdi

"İki həftədir ki, Bakıda idim. Bu dəfəki gəlişimdə iki mahnıya klip çəkdirdim. Artıq çəkiliş işləri bitdiyi üçün, bu gün Türkiyəyə qayıdıram".


Bunu AzNews.az-a açıqlamasında Türkiyənin tanınmış müğənnisi Əhməd Şəfəq deyib.

Müğənninin klip çəkdirdiyi mahnılar bunlardır: "Sənə qıyıb gedə bilmirəm" və "Sevdiyim".

Əhməd Şəfəq AzNews.az-a açıqlamasında bildirdi ki, onun "Sevdiyim" adlı mahnısın klip çəkilişləri Botanika bağında olub: "Həmin klipdə Nərmin Can mənim tərəf müqabilim idi. Digər mahnının çəkilişləri isə Bakı Dəmiryol Vağzalında və İşərişəhərdə oldu. Bu klipdə tərəf müqabilim Nərgiz Abbaszadə idi. Çəkiliş işlərindən məmnun qaldım".

Qeyd edək ki, hər iki klipin rejissoru Əhməd Şəfəqdir.

Kliplər Bakıda çəkilsə də, montaj işləri Türkiyədə aparılacaq.

Bahar Rüstəmli
AzNews.az