“Olur belə şeylər” adlı konsert keçiriləcək

Bakı Estrada Teatrının kollektivi yeni konsert proqramıyla çıxış edəcək.


AzNews.az xəbər verir ki, konsert Mədəniyyət və Turzim Nazirliyi ilə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyilə keçiriləcək.

Martın 1-i və 2-si baş tutacaq "Olur belə şeylər" adlı konsert proqramı "Aktyorlar Evi"ndə nümayiş olunacaq.

Aktyorları tanınmış klarnet ifaçısı Seymur Kərimovun rəhbərlik etdiyi ansambl müşayiət edəcək. Konsertin açılşında isə səhnədə Elcan Rəsulov olacaq və onun Türkiyənin məşhur layihəsi olan "Yetenek Sizsiniz"də Azərbaycandan olan iştirakçılar "Grazy eyes" rəqs qrupu ilə xüsusi proqramı ilə çıxış edəcək.

Onu da bildirək ki, teatrın rəhbəri, meyxana ifaçısı Vüqar Abdulovu da səhnədə görünəcək.

Bahar Rüstəmli
AzNews.az