“Əkrəm Əylisli, Anar və Elçinə nifrət edirəm”

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.

Layihənin budəfəki qonaqları publisist, jurnalist Xalid Bahadur, Aşıq Namiq Fərhadoğlu və Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadədir.

"Əkrəm Əylisli, Anar, Elçinə nifrət edirəm"

Publisist, jurnalist Xalid Bahadur Andre Moruanın "Olimpio, ili jizn Viktora Qüqo" kitabından söz açıb: "Bu günlərdə Andre Moruanın "Olimpio, ili jizn Viktora Qüqo" kitabını (rus dilində) oxumuşam. Hüqonun bioqrafiyası ilə yaxın tanışlıqdan sonra Azərbaycandakı "xalq" şair-yazıçılarına bir daha nifrət etdim (Əkrəm Əylisli, Anar, Elçin başda olmaqla). Hüqo ölənədək əzilənlərə arxa durub, xalqın yanında olub, özgürlük, demokratiya uğrunda çarpışma aparıb. Sonadək! Hüqo kitabda bizə əyilməz-yenilməz xarakter olaraq tanıdılır".

"Kor Nəsibin deyişməsi"…

Aşıq Namiq Fərhadoğlunun sözlərinə görə, o, sonuncu dəfə "Kor Nəsibin deyişməsi" kitabını oxuyub: "Mən son dəfə "Kor Nəsibin deyişməsi" kitabını oxudum. Çox maraqlı bir deyişmədir".

""Daş yuxuları"nda erməni sevgisinin şahidi oldum"

Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə isə uzun müddət böyük qalmaqala səbəb olan yazıçı Əkrəm Əylislinin "Daş yuxuları" romanını oxuyur: ""Daş yuxuları"ı oxuyuram. Mənim üçün cox yorucu, mənasiz bir əsər təsiri bagışlayıb. Həm də çox qəribə bir erməni sevgisinin şahidi oldum".

Bahar Rüstəmli
AzNews.az