“Region“ TV ümumrespublika yayımına başlayır

Sabahdan ölkənin 10-cu müstəqil telekanalı Region TV-nin ümumrespublika yayımına start veriləcək. TV-dən AzNews.az-a verilən məlumata görə, mayın 10-da Bakı vaxtı ilə saat 07:00-dən yayım başlayacaq. Hazırda Region TV-ni açıq - rəqəmsal yayımda Bakı və Abşeron yarımadasında izləmək mümkündür. Eyni zamanda KTV, Ailə TV, ATV+ kabel operatorlarında telekanalın yayımı həyata keçirilir. Yaxın günlərdə Connect Tv və BBTV-də də Region TV-ni izləmək
mümkün olacaq.

Telekanal həmçinin, "Azersat –1" milli peyki vasitəsi ilə də yayımını həyata keçirir. Bölgələrə isə analoq rejimində yayımlanır. Yaxın 2 ay ərzində Region TV teləşəbəkəsinə daxil olan bütün regional telekanalların yayımı rəqəmsal formata keçəcək. Region Tv-nin kollektivi cəmi 2 ay müddətində ümumrespublika yayımını həyata keçirmək üçün bütün lazımı hazırlıq prosesini keçib və artıq açılışa tam hazırdır.

Amid
AzNews.az