Bəstəkar Sərdar Fərəcov: “Axşam böyük bir hadisə baş verəcək”

Musiqi Günü ilə bağlı Fəxri Xiyabanda başlayan tədbirlər silsiləsi Üzeyir Hacıbəyov Muzeyində davam edəcək. AzNews.az-a açıqlama verən bəstəkar Sərdar Fərəcovun sözlərinə görə, mərasimdə Üzeyir bəyin kamera üçün yazılmış musiqilər ifa olunacaq.

Qeyd edək ki, Musiqi günü ilə bağlı ən böyük tədbir axşam Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq: "Axşam böyük bir hadisə baş verəcək. Beynəlxalq Musiqi Festivalının açılışında Üzeyir bəyin unudulmuş bir operası səslənəcək. Hansı ki, həmin opera düz 103 il bundan əvvəl cəmi bir dəfə ifa olunub. Bu onun "Şeyx-Sənan" operasıdır. Simfonik orkestr və xor solistlərinin ifasında bu operadan bəzi səhnələr ifa olunacaq".

Bahar
AzNews.az