Ədalət Əsgəroğlu: “Mən inanmıram ki, Anar olan yerdə kimsə namizədliyini versin” Ədalət Əsgəroğlu: “Mən inanmıram ki, Anar olan yerdə kimsə namizədliyini versin”

AYB-nin yeni sədrini Anar təyin edəcək

Ədalət Əsgəroğlu: “Mən inanmıram ki, Anar olan yerdə kimsə namizədliyini versin”



AYB-nin katibi Rəşad Məcid Azadlıq Radiosuna müsahibəsinə Yazıçılar İttifaqının nəzərdə tutulan qurultayının vaxtı ilə bağlı açıqlama verib: "Qurultay 2009-cu ildə olmalı idi. Amma obyektiv-subyektiv səbəblərdən 3 il gecikdi.

Əgər qurultayın vaxtından 3 il keçibsə, saymaq olar ki, 2009-cu ildə biz qurultayı keçirdik və həmin katibliyi, həmin tərkibi seçdilər. Deməli, növbəti qurultay da 2014-cü ildə olmalıdır.
Mən elə bilirəm ki, 3 il ləngiyəndən sonra növbəti qurultayı 2014-cü ildə keçirmək daha doğru olardı. 2014-cü ilin payızına inşallah qurultayı gözləyərik".

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə AzNews.az-a açıqlamasında R.Məcidin bu fikirlərinin yanlış olduğunu deyir: "Rəşad müəllim bunu nizamnaməyə görə deyib. Amma hazırda Yazıçılar Birliyi növbəti qurultayına hazırlaşır. Güman edirəm ki, yaxın vaxtlarda bu qurultay baş tutacaq".

Ə.Əsgəroğlu R.Məcidin "Əgər şərait yetişsə, desələr ki, mən lazımam, onda olaram. Ən birinci də Anar müəllimin sözü mənim üçün vacibdir. O desə, olaram" fikrinə də münasibət açıqladı: "Niyə də olmasın? Anar müəllim heç kəsin qarşısını kəsməyib.

Bu quruma üzv olan, əsərləri, yaradıcılığı ilə tanınan hər bir yazıçı namizədliyini verə bilər. Amma Anar Anardır. Bütün yazıçıların Anara sevgisi danılmazdır. Mən inanmıram ki, Anar olan yerdə onlardan kimsə namizədliyini versin".

Bahar Rüstəmli
AzNews.az