Xalq yazıçısı ölkədən kənarda olduğundan premyeraya qatılmayıb Xalq yazıçısı ölkədən kənarda olduğundan premyeraya qatılmayıb

Elçin “Qatil”i niyə izləməyib?

Xalq yazıçısı ölkədən kənarda olduğundan premyeraya qatılmayıb



Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Qatil" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. Tamaşanı izləməyə tanınmış sənət adamlarından bir çoxu təşrif buyursa da, premyerada müəllifin iştirak etməməsi müxtəlif fikirlərin yaranmasına səbəb olub.

AzNews.az-ın əldə etdiyi məlumata görə, Elçinin premyerada iştirak etməməsinə səbəb Xalq yazıçının səfərdə olmasıdır. Baş nazirin müavini olan Elçinin səfəri əvvəlcədən planlaşdırıldığından onun tamaşanın premyerasında iştirakı mümkün olmayıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, bəstəkarı Aygün Səmədzadə, quruluşçu rəssamı İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada Münəvvər Əliyeva, Hikmət Rəhimov, Elxan Quliyev və Səidə Quliyeva rol alıb.

Elnarə Əlosmanqızı
AzNews.az