Türk ədəbiyyatına çox sayda şeir qazandıran tanınmış şair Mehmet Çətin Keçecizadə həyatını itirib. Türk ədəbiyyatına çox sayda şeir qazandıran tanınmış şair Mehmet Çətin Keçecizadə həyatını itirib.

Məşhur türk şairi həyatını itirdi

Türk ədəbiyyatına çox sayda şeir qazandıran tanınmış şair Mehmet Çətin Keçecizadə həyatını itirib.


AzNews.az xəbər verir ki, ustad şair Mehmet 63 yaşında vəfat edib.

Ədəbiyyat dünyasına acı xəbəri Türk sənət musiqisinin məşhur sənətçisi Onur Akay öz Twitter səhifəsində bildirib. O, ustad şairin məzar fotosunu da paylaşıb.



Mehmetin ürək çatışmazlığından öldüyü deyilir.

Keçecizadənin cənazəsi bu gün günorta namazından sonra Qalib Paşa məscidindən qaldırılaraq son mənzilinə yola salınıb.

Mehmet Çətin Keçecizadə kimdir?

Şair Mehmet Çətin 1952-ci ildə Artvinin Kılıçkaya mahalında anadan olub. Kadıköy litseyinin məzunu olan şair ədəbiyyat fakültəsini bitirib. Gənclik illərində şeirləri jurnallarda və qəzetlərdə dərc olunarkən bunu atasından gizlin saxlayıb və şeirlərində Keçecizadə soyadını heç istifadə etməyib. O, Mehmet Çətin kimi tanınıb. "Dodaqlarımda sevdan" adlı ilk şeir kitabı 1996-cı ildə işıq üzü görüb. Çox sayda şeirləri Türk sənət musiqisi olaraq bəstələnib. İqbal Gürpınarın şeir disklərində onun şeirlərinə yer verilib, Bədirhan Gökçe isə onun bir çox şeirlərinə mahnı bəstələyib.