“Nobel”i Çin aldı

Ədəbiyyat üzrə Nobel laureatının qalibi bu gün elan olunub. Kulis.az-ın verdiyi məlumata görə, mükafat çinli yazıçı Mo Yana verilib. Mo Yan 1955-ci ildə anadan olub. Əsl adı Quan Moedir.

Ədəbiyyat üzrə Nobel Mükafatı 1901-ci ildən verilir. Mükafat ilk dəfə fransız şairi Sülli-Prüdoma verilib. Mükafatı qazanana medal, diplom və pul verirlər. Mükafatın təqdimetmə mərasimi Stokholmda Alfred Nobelin ildönümündə - 10 dekabrda baş tutur.
1958-ci ildə rus yazarı Boris Posternak bu mükafatı layiq görülsə də, SSRİ rəhbərliyinin təziyiqi ilə mükafatdan imtina etməli olub. 1964-cü ildə J.P.Sartr mükafatdan imtina edib. Onun məsləhəti ilə mükafatı 1965-ci ildə rus yazıçısı Şoloxova veriblər. Bu günə kimi 12 qadın Ədəbiyyat üzrə Nobel Mükafatını qazanıb. Bu mükafat 4 dəfə (1904, 1917, 1966, 1974) eyni vaxtda iki yazıçıya verilib.
İndiyə kimi mükafat 108 yazara verilib.

Ədəbiyyat üzrə Nobel Mükafatı 2006-cı ildə türk yazıçısı Orxan Pamuka verilib. Mükafatı ötən il isə şair Tomas Tranströmer alıb.

AzNews.az