Sülh “Nobel”i bu gün veriləcək

Bu gün Osloda 2012-ci ilin Nobel sülh mükafatının laureatının adı açıqlanacaq. AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bu nüfuzlu ödülə görə 231 nəfər iddialıdır. "Vikiliks" təşkilatının yaradıcısı Culian Assancın bu il də mükafata namizəd olduğu ehtimal edilir.

Ekspertlər isə, əsas favoritlərdən biri kimi amerikalı Cin Şarpın adını çəkirlər. Politoloq C. Şarp "ərəb inqilabları"nın ideya müəllifi sayılır. Qeyd edək ki, bu ilki mükafata ən real namizədlərin siyahısında Cin Şarp başçılıq edir. Həmin siyahıda Rusiyanın "Memorial" hüquq müdafiəsi mərkəzi və onun yaradıcılarından biri Svetlana Qannuşkina ikinci yerdədir. Üçüncü yer də rusiyalı namizədlərə məxsusdur. Onlar "Exo Moskvı" radiostansiyası və onun baş redaktoru Aleksey Venediktovdur.

Onu da bildirək ki, Nobel sülh mükafatının sahibi bu gün saat 14.00-da elan ediləcək.

Sevinc Fədai
AzNews.az