“Filmin süjetinə baxanda gördüm ki, mənim hekayəm əsnasında ekranlaşıb” “Filmin süjetinə baxanda gördüm ki, mənim hekayəm əsnasında ekranlaşıb”

Ermənilər əsərimizi oğurlayıb, “Oskar”a göndərdilər

“Filmin süjetinə baxanda gördüm ki, mənim hekayəm əsnasında ekranlaşıb”



""Azadlıq" radiosunda belə bir xəbər yayıldı-"ermənilər Qarabağla bağlı film çəkib və həmin film "Oskar" mükafatı nominasiyasına tədim olunub. Həmin o film mənim "Güzünə gün düşür" hekayəm əsnasında ekranlaşıb. Ermənilər bunu plagiat edib mənim adımı göstərməyiblər". Bunu AzNews.az-a yazıçı-dramaturq Elçin Hüseynbəyli dedi.

E.Hüseynbəylinin sözlərinə görə, oktyabrın 15-də bu məsələ Azərbaycan Müəllif Hüquqları Agentliyində müzakirə olunacaq: "Əsər bir neçə dilə tərcümə olunub. O cümlədən rus dilində çıxmış variantları var.

Bu hekayə "Durujba naroda" jurnalının 2010-cu ilin 6-cı nömrəsində nəşr olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də onun əsasında bir film çəkib. Mən bu məsələdən indi xəbər tutmuşam. Filmin süjetinə baxanda gördüm ki, mənim hekayəm əsnasında ekranlaşıb. Birincisi, biz bilməliyik ki, görək film istehsalata nə vaxt buraxılıb? Əgər film istehsalata yeni buraxılıbsa, deməli mənim əsərimdir. Bu hekayə ilə dünyanı gəzmək olar. Amma Azərbaycanda ona qısa- metrajlı film çəlildi".

Bahar Rüstəmli
AzNews.az