Rejissorumuz Hülya Avşardan 15 min manat alıb – VİDEO – FOTO

Dünən gecə 49-cu Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalında milli və xarici filmlərin tammetraj, qısametraj və sənədli film nominasiyalarının qaliblərinin sahibləri məlum olub.

AzNews.az-ın məlumatına görə, "Ən yaxşı film" nominasiyasında "Zərrə" filmi qalib gəlib. "Ən yaxşı rejissor" mükafatını bu filmin rejissoru Ərdəm Təpəgöz qazanıb. "Zərrə" filminin sənət rejissoru olan Törə Ağabəyova festivalın ən yaxşı sənət rejissoru nominasiyasında qalib olub. Rejissor 30 min türk lirəsi (təxminən 15 min manat) ilə mükafatlandırılıb.

Qeyd edək ki, festivalın münsif heyətinin rəhbəri məşhur türk müğənnisi Hülya Avşar olub. Məlumat üçün bildirək ki, Törəxanım (Törə) Ağabəyova ixtisasca rəssam-dekoratordur. O, 1979-cu ildə Bakıda anadan olub.

Törə Azərbaycan Dövlət İncəsənət Akademiyasında təsviri incəsənət üzrə magistr pilləsini bitirdikdən sonra, bir müddət animasiya üzrə çalışıb. Həmçinin, video-artla da məşğul olub. Onun videoları 2007-ci ildə Venesiya, "Biennale"də sərgiyə qoyulub. Törənin rəssam dekorator kimi işlədiyi ilk bədii film "Absurdistan" filmidir. Bu film ən yaxşı dekorator işinə görə "Lola German Film Award 2008" mükafatına layiq görülüb.



Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description