Dövlət Musiqili Teatrının 105-ci mövsümü artıq yekunlaşmaq üzrədir. Dövlət Musiqili Teatrının 105-ci mövsümü artıq yekunlaşmaq üzrədir.

105 illik tarixi olan teatr kollektivinə mükafat veriləcək

Dövlət Musiqili Teatrının 105-ci mövsümü artıq yekunlaşmaq üzrədir.


Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a bildirib ki, başa çatmaqda olan mövsüm Dövlət Musiqili Teatrı üçün çox əlamətdar olub.

Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərin premyerası olub. Kollektivin bəzi üzvləri uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar.

105-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq 4 iyul 2015-ci il tarixdə Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq.

Teatrın direktoru Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır.

"Mövsümün aktrisası","Mövsümün aktyoru", "Mövsümün ən yaxşı səhnə tərtibatı", "Mövsümün ən yaxşı balet artisti", "Mövsümün ən yaxşı xor artisti", "Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)" "Mövsümün ən yaxşı texniki işçisi" nominasiyaları üzrə qaliblərlə yanaşı "Mövsümün ən yaxşı tamaşası" da mükafatlandırılacaq.

Qaliblərə xüsusi prizlər və pul mükafatları veriləcək.

Bahar RÜSTƏMLİ
AzNews.az