“Mən sağ-salamatam...“

Ötən gün bir çox saytlar Azərbaycanın xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovun yüksək məbləğə türk serialına çəkildiyi və onun xəstələndiyi barədə informasiya yaydı. Milli.az bu xəbərin doğru olub-olmadığını öyrənmək üçün xalq artistinin özü ilə əlaqə saxlayıb.

Fəxrəddin Manafov belə xəbərlərin yayılmasından çox pərişan olduğunu bildirib, ironiya ilə sualımızı cavablandırdı: "Mən sağ-salamatam, səhhətim də çox yaxşıdır. Öz işimlə, sənətimlə məşğulam.

Fikrimcə, əsası olmayan, qeyri-düzgün informasiyanın yayılması heç də xoş deyil. O ki qaldı seriala çəkilmək xəbəri, o da yalandır. Belə bir şey yoxdur".

AzNews.az