Emin Ağalarov şagirdlə duet oxudu - FOTO

Bakı 38 saylı musiqi məktəbinin şagirdi Nurlan Əhmədov Moskva şəhərində "Belaya trost" III Beynəlxalq Xeyriyyə Festivalında iştirak edib. Qeyd edək ki, festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə keçirilib.

Azərbaycanı təmsil edən Nurlan Əhmədov dünya şöhrətli həmyerlimiz Emin Ağalarovla birgə səhnəyə çıxaraq, duet ifa edib. Xeyriyyə Fondunun rəhbəri Diana Qurtskaya və mərhum korifey sənətkar Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya səhnəyə çıxaraq N.Əhmədova öz minnətdarlığını bildirib.

N.Əhmədov "Belaya trost" III Beynəlxalq Xeyriyyə Festivalının xüsusi Diplomuna layiq görülüb. Qeyd edək ki, bir çox dünya estrada ulduzlarının qatıldığı bu festıval xeyriyyəçilik məqsədi daşıyır.

Bahar Rüstəmli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description