“H3O” Caz festivalında

Bakı Beynəlxalq Caz festivalı bu gün Muğam Mərkəzində öz işini davam etdirəcək. Caz-Sentr Mərkəzindən verilən məlumata görə, saat 19:00-da səhnəyə gənc pianoçu Əfqan Rəsul çıxacaq.

Qeyd edək ki, saat 21:00 proqramı isə Caz-Senterdə baş tutacaq. Bu dəfə isə cazsevərlər İsveçrənin "H3O" qrupunun ifasını dinləyəcək.

Bahar Rüstəmli
AzNews.az