İSRAFİL İSRAFİOVUN SƏHVLƏRİ DƏ VAR İDİ, CANI QURTARDI İSRAFİL İSRAFİOVUN SƏHVLƏRİ DƏ VAR İDİ, CANI QURTARDI

Ramiz Novruz “Azdrama”da təmizləmə anonsu verdi: “Yararsız aktyorlar çoxdur”

İSRAFİL İSRAFİOVUN SƏHVLƏRİ DƏ VAR İDİ, CANI QURTARDI

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun AzNews.az-a müsahibəsi:

- Mədəniyyət və Turizm Nazirliyi avqustun 31-də Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləsini yeniləyib. Yəni, İsrafil müəllim yenidən direktor təyin olunub. Son vaxtlar qalmaqallı İsrafil müəllimin əsas tərafdarı olaraq çıxış edən şəxs kimi yəqin bu xəbərdən sevindiniz...

- İsrafil müəllim direktor kimi öz işindədir. Sadəcə, Akademik Milli Dram Teatrına yeni bədii rəhbər təyin olundu - Azər Paşa Nemətov. O, çox peşəkar rejissordur. Teatr belə bir mərhələni keçməli idi. Bu belə də planlaşdırılmışdı. Axtarışlar, heyyətin yoxlanılması, digər teatrlardan talantlı aktyorların işə çəlb olunması və s. Bu kimi işlər teatrda çoxdandır ki, getməmişdi. Təcrübə müddətində hər kəsə şans verilmişdi. Mən bunu əvvəllər də demişəm. Təbii, İsrafil İsrafilovu heç kəs işindən çıxarmaq fikri yox idi. Bunu mən teatrın aktyorlarına da deyirdim. İsrafil müəllim kifayyət qədər çiddi işlər görmək istəyən adamdır. Planlar var… Aktyorlar var ki, İsrafil müəllimin direktor, bir qurup gənclər isə teatrda bəddi rəhbərin olmasını istəyirdi. Sağ olsun, nazirlik də onların arzusunu nəzərə aldı. Bundan sonra aktyorların qayğısına bədii rəhbər qalacaq. Güman edirəm ki, teatrda rol almaq istəyənlər bundan sonra daha da böyük əsərlərdə obraz yaradacaqlar. Bütün bunlara Azər Paşa müəllim baxacaq.

- Bəs, direktor İsrafil İsrafilov teatrda hansı məsələlərə baxacaq?

- Yəqin ki, teatrın repertuar, reklam siyasəti, komunal problemlərin həlli, qastrol səfərləri kimi işlərə baxacaq. Yenə deyirəm, teatrın yaradıcılıq işləri Azər Paşa Nemətova həvalə olunub. Aktyorların bütün yaradıcılıq məsələlərinə o baxacaq. Aktyorların işdən çıxarılıb, işə cəlb olunması, hansı aktyorlar teatra lazım deyil, kənardan kimləri teatra gətiriləcək kimi işlərə cavabdeh Azər Paşa Nemətovdur.

- Gənclərə meydan verildiyi bir dönəmdə yaşlı nəslin davamçısı olan Azər Paşa Nemətovdan teatr nə gözləyir?

- İlk olaraq, Akademik Dövlət Dram Teatrının truppasını formalaşdırmaq. Rejissorların kimliyi məlum olacaq, teatrda kimlərin tamaşa qoyması açıqlanacaq, bir sözlə, gedəcəyimiz istiqamət aydınlaşacaq. Azər Paşa kifayyət qədər məhşur insandı. Azərbaycan rejissor məkanında sayılanlardandı. Mənə elə gəlir ki, gedəcəyimiz xətti də o, müəyyən etməlidi. Hara gedirik? Dünya teatrı hara gedir? Beynəlxalq teatr nəylə nəfəs alırsa, biz də ona doğru can atmalıyıq. Əslində bu günə kimi İsrafil müəllimin axtarışları və təcrübələri də buna köklənmişdi. Azər Paşa müəllim dünya teatrını bilir. Yəqin ki, Azər Paşa Nemətov Azərbaycanda sayılan, seçilən rejissorları da teatra cəlb edəcək. Hədəf və yol budur. Bu yola uyğun olmaq istəyən rejissorlar gəlib bizim teatrda tamaşa qoyacaqlar.

- Dünən teatrn bir qurp tanınmış aktyorları Prezidentə müraciət ünvanladı, İsrafil İsrafilovla bağlı narazılıqlarını çatdırdılar. O müraciətdə adı olanlarla direktor və bədii rəhbər arasında problem yaranmaz ki?

- Güman etmirəm. Uzun müddətdir ki, həmin aktyorlar yazırdılar. Hətta məni də təhqir edirdilər. Deyirdilər ki, orada olan aktyorların çoxusu qorxusudan danışmır. Çünki danışsa işdən çıxardarlar. Amma onlar iki ildən çoxdur ki, dayanmadan danışıb və yazırlar. Bəzən söyürdülər də. Kimi işdən çıxardılar? Nə Azər Paşa müəllim kinli adamdır, nə də İsrafil İsrafilov. Onlar xırda hislərlə yaşayan şəxslər deyillər. Birdəfəlik dərk eləməlidirlər ki, belə məsələlər teatrda həll olunmur. Mən çox təəssüf edirəm, o siyahıda çox sevdiyim aktyorların da adı var. Bunlar dərk eləməlidirlər ki, hətta müqavilədə olan Əməkdar artist Telman Əliyevi işdən çıxarmaq üçün belə nazirlik icazəsi lazımdır. İsrafil İsrafilov teatr direktoru olaraq heç nəyi özbaşına eləmir. Nazirlik razı olmasa, İsrafil İsrafilov 5 rejissoru necə işdən çıxara bilər? Yəni, bunlar hamısı dövlətlə nazirliyin istəyi ilə bağlı olan şeylərdir. Prezidentin səlahiyyətində olan işləri də İsrafil müəllimin boynuna atırdılar. Bu əslində, İsrafil İsrafilovun təyinatından sonra ölçülüb və biçilməmiş bir addımlardır. Sadəcə, o müraciətlə mən həmkarlarımı başa düşmədim. Ucuz yollarla heç nə etmək olmaz. Aktyor basını aşağı salıb yaradıcılıqla məşğul olmalıdır. Mən cavanları da cağırıb söhbət elədim.

- Cavanlara nə tövsiyə etdiniz?

- Dedim ki, düz yolda deyilsiniz. Belə yollarla nəyəsə nail olmaq olmaz. Sən böyüklüyünü səhnədə nümayiş etdirməlisən. Mən açıq deyəcəm, bu saat "Azdrama"da yararsız aktyorlar çoxdur. Onlar kimə lazımdır? İsrafil müəllim də o yararsızları görürdü və başqa teatrlarda axtarışlar edirdi ki, bu mədəniyyət ocağını gələcəyə çıxara bilsin. İndi bir aydan sonra kimsə işdən çıxarsa deyəcəklər "aha deməli danışdığına görə çıxardılar". Elə deyil, gəlin məsələyə humanist yanaşaq. Azər Paşa müəllimin gəlişi İsrafil İsrafilovun üstündən çox böyük yük götürdü. Bundan sonra oturub rahatca teatr haqqında öz kitablarını yazacaq. Onun üçün ağır idi, təbii peşəkar rejissor deyildi. Səhvləri də olurdu. Amma "tikinti olan yerdə toz olar". Nöqsanlar da olub. Dünyanın hər yerində işlər "şedevr" olmur. İş, yaradıcılıq olan yerdə səhvlər də olur. İsrafil müəllimi yeni təyinatı ilə bağlı təbrik edirəm. Canı qurtardı deyinmələrdən.


Bahar RÜSTƏMLİ
AzNews.az