Mingəçevir Dövlət Dram Teatrı Əli Səmədlinin "Cəsurlar" nağılının əsasında eyni adlı uşaq tamaşası hazırlayır. Mingəçevir Dövlət Dram Teatrı Əli Səmədlinin "Cəsurlar" nağılının əsasında eyni adlı uşaq tamaşası hazırlayır.

Uşaqlar üçün yeni tamaşa - “Cəsurlar“

Mingəçevir Dövlət Dram Teatrı Əli Səmədlinin "Cəsurlar" nağılının əsasında eyni adlı uşaq tamaşası hazırlayır.


Teatrdan AzNews.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatı Elnur Rəsulov, rəqslərin quruluşçusu Eyvaz Əliyevdir.

Tamaşada əsas rolları Hüseyn Mustafayev, Ceyhun Əhmədov, Aytən Allahverdiyeva, Asim Məmmədov, Elmira İbrahimova, Leyla Cavadova, Firuz Hacıyev və başqaları ifa edib.

Qeyd edək ki, tamaşa oktyabrın 1-də təhvil veriləcək.



Bahar RÜSTƏMLİ
AzNews.az
image description image description