ANS və iranlı rejissorların işbirliyi – Yeni serial çəkilir

ANS Şirkətlər Qrupu yeni teleserialın çəkilişlərinə başlayıb.



Bu barədə AzNews.az-a Bakı Bələdiyyə Teatrının aktyoru Aydın Əliyev məlumat verib. O, bildirib ki, oktyabrdan etibarən "Sevgi naminə" adlı serialın yayımına başlanılacaq: "Serial ilkin olaraq 30 seriya nəzərdə tutulub. Amma ola bilsin ki, sonralar seriyaların sayı azaldılsın".

Aydın Əliyev qeyd edib ki, serialın çəkilişində Azərbaycanla yanaşı İran rejissorları da iştirak edir: "Serialın rejissoru Amil Məmiyevdir. Amma eyni zamanda İran rejissorları, operatorları da dəvət olunub. Hazırda paytaxt restoranlarından birində çəkilişlərə başlanılıb".

Bahar RÜSTƏMLİ
AzNews.az