Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə gedib. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə gedib.

Rus Dram Teatrı qastrolda

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə gedib.


Teatrdan AzNews.az-a verilən məlumata görə, qastrol zamanı Vasilevskidəki Dövlət Dram Teatrının səhnəsində 2 tamaşanın nümayişi nəzərdə tutulub.

Noyabrın 11-də xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşu ilə Mixail Lermontovun "Maskarad" tamaşası oynanılacaq. Bu tamaşada rejissor həm də Arbenin rolunu ifa edir.

Noyabrın 12-də isə peterburqlular A.Şarovskinin quruluşunda məşhur fransız dramaturqu Jan Rasinin "Fedra" tamaşasını izləyəcəklər.

Qastrol səfəri noyabrın 13-də başa çatacaq.

AzNews.az