Dünyanın məşhur teatr xadimləri Bakıya toplaşır Dünyanın məşhur teatr xadimləri Bakıya toplaşır

II Bakı Beynəlxalq Teatr Konfransı başlayır

Dünyanın məşhur teatr xadimləri Bakıya toplaşır



5-6 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə II Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayacaq.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, tədbirdə MDB, Avropa, Amerika və Asiya ölkələrindən 80-dən çox qonağın, o cümlədən Litva Mədəniyyət Nazirinin müavini Deyvidas Staponkus, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone, məşhur Polşa dramaturqu, ssenaristi və rejissoru Kşiştof Zanussi, Rusiyanın görkəmli teatr və kino aktyoru "Qızıl maska" Beynəlxalq Teatr Festivalının prezidenti Georgi Taratorkin, Roma Teatrının bədii rəhbəri Fabio Tolledi, UNESKO-nun Sühl Artisti, Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, Sudan Respublikasının görkəmli teatr xadimi Əli Mahdi, Zalsburq festivalının direktoru Zeno Ştanek, Fuceyra Monodram Festivalının prezidenti Mohammad Alafkham, ASSİTEJ-in prezidenti İvetta Hardi, Sverdovsk Musiqili Komediya Teatrının direktoru, TXİ-nin katibi Mixail Safronov, "Qızıl Maska" Benəlxalq Teatr Festivalının baş direktoru Mariya Revyakina və başqa tanınmış mütəxəssislərin iştirakı gözlənilir.

Konfrans çərçivəsində noyabrın 4-də Dövlət Rus Dram Teatrında Görkəmli teatr və kino aktyorları Litva Respublikasının Xalq Artisti Yuozas Budraytisin və SSRİ Xalq Artisti Ryaqimantas Adomaytisin iştirakı ilə yaradıcılıq gecəsi olacaq. Noyabrın 5-də Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika Respublikasından tanınmış teatr və televiziya ulduzu Tembi Mtshalinin iştirakı ilə "Qadın intizarı", noyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanı Teatrının ifasında "Vağzal heç yerə getmir" tamaşaları göstəriləcək.

Bundan başqa, konfrans zamanı I Bakı Beynəlxalq Teatr Konfransına, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş foto-sərgilər nümayiş olunacaq, "Milli idensifikasiya və inkişaf" komitəsinin idarə heyətinin toplantısı keçiriləcək. Noyabrın 4-də Kşiştof Zanussinin, İvitsa Simiçin, Məhəmməd Əl-Əfxanın, noyabrın 7-də Mişel Vaysınin iştirakı ilə seminarlar keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az