- Köhnə - Mədəniyyət
- 18 Yanvar 2016 10:45
- 4 161
“Yaxşıyam, istədiyim yerə gedib-gələ bilirəm” - Ramiz Əzizbəyli

Xalq artisti Ramiz Əzizbəylinin səhhəti nisbətən yaxşılaşıb.
Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. O, bildirib ki, müalicəsi ev şəraitində davam etdirilir: "İndi yaxşıyam. Narahatçılığa əsas yoxdur. Artıq istədiyim yerə gedib-gəlirə bilirəm".Sənətkar qeyd edib ki, bir neçə müddət bundan öncə dəvət aldığı filmin çəkilişləri hələ başlamayıb: "Filmdən hələ xəbər yoxdur. Çəkiliş başlayan kimi xəbər edəcəklər. İnanıram ki, uğurlu bir film alınacaq".
Xatırladaq ki, R.Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində qəza keçirib. Beyin insultu keçirən sənətkar iki ilə yaxındır ki, xəstəliyi ilə bağlı müalicə olunur.
Bahar RÜSTƏMLİ
AzNews.az