Alimlər 2020-ci ilin ən isti beş ildən biri olacağını 99 faiz olaraq elan ediblər Alimlər 2020-ci ilin ən isti beş ildən biri olacağını 99 faiz olaraq elan ediblər

"Bu il bütün dövrlərin ən isti ili ola bilər" - NASA

Alimlər 2020-ci ilin ən isti beş ildən biri olacağını 99 faiz olaraq elan ediblər

Alimlər 2020-ci ilin tarix boyu yaşanacaq ən isti il olacağı qənaətinə gəliblər.

AzNews.az “The Guardian”a istinadən xəbər verir ki, onlar cari ilin bu günə qədər müşahidə edilən 5 ən isti ildən biri sayılacağını düşünürlər.

NASA Goddard Kosmik Tədqiqatlar İnstitutunun direktoru Qevn Şmitin araşdırması bu ehtimalın 60, Milli Okean və Atmosfer Ofisinin (NOAA) proqnozu isə 75 faiz olduğunu göstərib.

Alimlər isə 2020-ci ilin ən isti beş ildən biri olacağını 99 faiz olaraq elan ediblər.

Bildirilib ki, bütün buzlaqlar əriyərsə, dəniz suyunun orta səviyyəsi 65 metrə yüksələcək. Bu da dəniz səviyyəsinə yaxın adaların su altında qalması deməkdir.

Eyni zamanda qeyd olunub ki, buzlaqların əriməsindən ən çox əziyyət çəkəcək ölkələrdən biri də Böyük Britaniyadır.