- Qanundan kənarda
- 10 Noyabr 2018 13:58
- 1 568
Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkarlanıb
Polis Qala qəsəbəsində əməliyyat keçirib
Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkar edilərək götürülüb.
Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və DİN-in Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsi ərazisində yaşayan Selvina Cavadvendinin evinə baxış zamanı markası və nömrəsi silinən, habelə lüləsi və qundağı kəsilən tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.
© AzNews.az