- Qanundan kənarda
- 10 Noyabr 2018 19:56
- 2 551
Suraxanıda sayğac oğrusu tutuldu

Suraxanıda evlərdən su sayğaclarını oğurlayan şəxs saxlanılıb.
FHN-dən AzNews.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılıb.