Hadisə Türkiyənin Esenyurt şəhərində baş verib Hadisə Türkiyənin Esenyurt şəhərində baş verib

Bələdiyyə sədrini öldürmək istədilər - Polis cinayətkarı həbs etdi

Hadisə Türkiyənin Esenyurt şəhərində baş verib

Türkiyədə Esenyurt bələdiyyə sədri Əli Murad Alatepeyə qarşı sui-qəsd cəhdi göstərilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə məscidin həyətində baş verib.

Bələdiyyə sədri cümə namazını qılmaq üçün məscidə gəldiyi zaman səyyar satıcı olduğu bildirilən bir nəfər ona hücum edib.

Nəzarətə alınan şəxsin üzərindən güllə darağı çıxıb. Polis silah ola biləcəyi ehtimalı ilə dairədə araşdırma aparır.

Hadisə ilə bağlı istintaq davam edir.

Əli Murad Alatepe 1966-cı ildə Ərzurumda doğulub. Evlidir və 3 uşağı var.

Babək Göyüş

© AzNews.az