3 gün sonra məhkəmədir 3 gün sonra məhkəmədir

Həmyerlilərini öldürərək meşədə basdırdılar... - Cinayət işi

3 gün sonra məhkəmədir

Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlilərini öldürərək meşədə basdıran Xaçmaz rayon sakinlərinin məhkəməsi başlayır.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən İmamov Şahin Mürsəli oğlu və Abdullayev Elburus Məhəmməd oğlunun məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 7-də hakim Mayıl Bayramovun sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində Əzizov Mirzağa Bədəl oğlu tanınıb.

Xatırladaq ki, Xacmaz rayon sakini Şahin İmamov 2018-ci il iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrus ilə birlikdə 10 gün əvvəl Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

DİN-dən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyidi oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Azər
AzNews.az