Qonşusunu bıçaqlayıb polisə təslim oldu Qonşusunu bıçaqlayıb polisə təslim oldu

Gənclərin qısqanclıq üstə davası qanla nəticələndi - Bakıda

Qonşusunu bıçaqlayıb polisə təslim oldu

Bakıda 2 gənc arasında mübahisə qanla nəticələnib.

AzNews.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsi 25 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev qonşusu, 1993-cü il təvəllüdlü İntiqam İkram oğlu Mustafayev tərəfindən bıçaqlanıb.

Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Azər
AzNews.az