Dərhal hadisə yerinə baxış keçirilib və... Dərhal hadisə yerinə baxış keçirilib və...

Mənzildən 25 min manat pul, 10 min manatlıq qızıl oğurlandı - Bakıda

Dərhal hadisə yerinə baxış keçirilib və...

Hadisə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 37-də qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, həmin ünvanda yaşayan Vüsalə İsa qızı Məmmədova rayon polis idarəsinə şikayət edərək bildirib ki, ailə üzvləri ilə evdə olmadıqları müddətdə mənzilindən 25 min manat pul, 10 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, əl-barmaq izlərinin nümunələrini götürüblər.

Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az