Bakı sakini 5405 manatının oğurlandığını bildirəndən sonra... Bakı sakini 5405 manatının oğurlandığını bildirəndən sonra...

Bank hesabından oğurluq edən şəxs tutuldu

Bakı sakini 5405 manatının oğurlandığını bildirəndən sonra...

Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirib.

​Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az