Klub qarşıdan gələn oyunu matəm səbəbindən təxirə salacaq. Klub qarşıdan gələn oyunu matəm səbəbindən təxirə salacaq.

Amerikalı basketbolçu mənzilində ölü tapıldı

Klub qarşıdan gələn oyunu matəm səbəbindən təxirə salacaq.

Fransanın Pro B Liqasında çıxış edən "Nant" klubunun amerikalı müdafiəçisi Cermeyn Marşall öz mənzilində ölü tapılıb.

"Eurohoops"a istinadən xəbər verilir ki, 28 yaşlı basketbolçunun hansı səbəbdən öldüyü hələ məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları basketbolçunun ölümü ilə bağlı istintaq tədbirləri həyata keçirir.

Bildirilir ki, klubun qarşıdan gələn oyunu matəm səbəbindən təxirə salınacaq. (Report)