20 il müddətinə azadlıqdan məhrum edildi 20 il müddətinə azadlıqdan məhrum edildi

Sumqayıt sakini ögey xalasını niyə öldürdü?

20 il müddətinə azadlıqdan məhrum edildi

Ögey xalasını qətlə yetirməkdə təqsirləndirilən Ramil Əbilov barəsində olan hökmdən kassasiya şikayəti verib.

AzNews.az-ın məlumatına görə, şikayət Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilib.

Şikayət üzrə məhkəmə prosesi yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.

Xatırladaq ki, R. Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilə prosesdə şahid qismində Eldəniz Axundov ifadə verib. O bildirib ki, hadisə baş verəndən sonra Ramil Əbilovla görüşüb: "Görüşəndə üz-gözündə cırmaq izi gördüm. Soruşdum ki, nə olub? Dedi, iş yerində qadınlar dalaşıb və mən də qadınları ayıranda xəsarət almışam. Sonradan bildim ki, qətl törədib".

Ramil Əbilov ibtidai istintaqa ifadəsində deyib ki, Gülyaz Musayeva haqqında müsbət fikirlər eşitmədiyi üçün qətlə yetirib. Lakin o, məhkəmədə hakimin sualını cavablandırarkən, ibtidai istintaqa ifadəsini təkzib edib.

Azər
AzNews.az