- Qanundan kənarda
- 28 Yanvar 2019 10:33
- 2 078
Biləsuvardakı qəzada ölən və yaralananların adları məlum olub
Mikroavtobus İrandan qayıdırmış
Biləsuvarda 3 nəfərin ölümü ilə nəticələn dəhşətli qəza baş verib.
AzNews.az-ın məlumatına görə, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Mikroavtobusun aşması nəticəsində Pircəxanım Dəmirova, Elnarə Həşimova hadisə yerində, Elmira Əli Ağasəfər qızı isə xəstəxanaya aparılan zaman dünyasını dəyişib. Mikroavtobus İrandan geri qayıdırmış.
Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirov Vəlinin vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Azər
AzNews.az