Onlardan 3 ədəd ov tüfəngi götürülüb Onlardan 3 ədəd ov tüfəngi götürülüb

Qanunsuz ov edən 4 nəfər saxlanıldı

Onlardan 3 ədəd ov tüfəngi götürülüb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz ov edən 2 şəhər sakini saxlanılıb. Onlardan 1 ədəd müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən 2 kənd sakini saxlanılıb. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.

AzNews.az